“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
17 May 2023 10:43
2 429
Bakıda “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” adlı beynəlxalq konfrans keçirilir.
Trend-in məlumatına görə, konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans hər il mayın 25-də qeyd olunana Afrika gününə həsr olunub. Konfransın məqsədi Afrika və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan siyasətçi və ekspertləri bir araya gətirərək Afrikanın güclənməsi və qlobal geosiyasi şəraitdə multilateralizmin təbliğinə dair strategiyaları müzakirə etməkdir.
Tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edirlər.



