“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
23 May 2023 11:01
1 911
Münaqişə dövründə birinci Qarabağ müharibəsində 1480, İkinci Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib.
Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, qarşı tərəfə isə birinci Qarabağ müharibəsində 500 nəfərdən çox, ikinci Qarabağ müharibəsindən sonra keçən müddət ərzində 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib:
"Eyni zamanda, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində va döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib. Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib".
Qeyd edək ki, Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir. Konfrans Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkil edilib. Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlərdir.
30 Dekabr 18:03
1 393
30 Dekabr 18:01
1 197
30 Dekabr 17:36
1 281