

17 May 19:23
17 May 15:41
"Qırmızı kitab"ın lll nəşrinə salınan balıq növlərinin sayı 11-ə çatıb.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.
O bildirib ki, "Qırmızı kitab"ın lll nəşrində balıq növlərinin siyahısı genişləndirilib: "Belə ki ikinci nəşrdə 9 növ var idi isə üçüncü nəşrdə 11 növ olub. Bu növlərin müəyyən edilməsində həm Xəzər dənizində həm də daxili su hövzələrində olan tədqiqatlar aparılıb.
2021-ci ildən başlayaraq bu tədqiqatları Qarabağ regionunda və Şərqi Zəngəzurda da aparmışıq. "Qırmızı kitab"a daxil edilən balıq növlərinin siyahısı da buna uyğun tərtib edilib".
Hazırda balıq növləri ilə bağlı vəziyyəti şərh edən direktor bildirib ki, nəinki Azərbaycanda, eləcə də regionda yaxşı deyil:
"Ümumiyyətlə, Azərbaycanda balıq növlərinin sayı azdır. Bu həm Xəzər dənizinin qapalı su hövzəsi olması, həm də Azərbaycanın su ehtiyatlarının məhdud olması və iqlimlə bağlıdır. Azərbaycanda olan balıq növləri az olsa da endemik növlərdir. Onların demək olar, yarıdan çoxu yalnız Azərbaycanda rast gəlinən növlərdir.
Dünyada 23 min balıq növü var. Lakin Xəzər hövzəsində 154 balıq növü varsa, Xəzərin özündə də 120-dən çox, Xəzərin Azərbaycana aid sularında isə 80-nə qədər balıq növü var. Ölkəmizdəki şirin sularda isə 80 növə qədər balıq növləri var. Bu, çox azdır. Ona görə biz bu növləri qorumalı və ehtiyatla yanaşmalıyıq".
"Biz elmi tədqiqatlar aparır, İran, Gürcüstan, Rusiya ilə bu istiqamətdə müzakirələr edirik", - deyə o qeyd edib.