

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət heç şübhəsiz ki, dünyada baş verənlər fonunda ən məqbul hesab olunan siyasətdir. Diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət istər öz ölkəmizlə, istərsə də hər hansı bir ölkə ilə bağlı olsun, hər zaman beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.
Bunu Xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
O, qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkədir və 30 ildən artıq torpaqlarımız işğal altında qaldığı dönəmlərdə, beynəlxalq hüququn bizim lehimizə olduğu halda, ölkəmiz və xalqımız ikili standartlara məruz qaldı. Bu gün biz Rusiyanın Ukrayna torpaqlarında həyata keçirdiyi işğalçı addımlarından dolayı yediyi sanksiyaları və digər cəza növlərini görürük və Ukraynanın haqlı olduğundan dolayı siyasi, hərbi, finansal və iqtisadi yardimlarla demək olar ki, dünyanın dörd bir tərəfindən dəstəklənir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında qaldığı dönəmlərdə, 1 milyonluq qaçqınla təkbaşına (Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı xaricində) demək olar ki, qaldıq. Azərbaycanın siyasi hakimiyyəti və xalq olaraq biz bunları yaşasaq da heç vaxt ümüdümüzi üzmədik və heç vaxt beynəlxalq hüququn kənarına çixmadıq:
"Bu günkü Azərbaycanın bu səviyyəyə gəlib çatmasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsindir ki, bu Azərbaycan dünyanın ən ciddi beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bu gün cənab İlham Əliyevin dünyanın istənilən yerində keçirilən beynəlxalq tədbirlərində özəl diqqət mərkəzində olması, ölkəmizin nüfuzunu daha da artırır və Azərbaycan hər kəsin maraq dairəsindədir. Bütün bunlar ölkəmizə olan etibarlılığı artırır və ölkəmiz söz sahibinə çevrilir. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, həmçinin Yaxın Şərqdə, Mərkəzi və Orta Asiyada ən etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq siyasi və iqtisadi əlaqələr fonunda həmçinin enerji, nəqliyyat, ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm işləri özündə əks etdirir. Cənab Prezidentin Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında iştirakı və cənab Prezidentin qətiyyətli davranışları, liderlərlə keçirdiyi görüşlər və nəhayət siyasi baxımdan qəti mövqeyindən geri çəkilməməsi onun yürütdüyü siyasətin və Azərbaycanın haqlı olduğunu göstərirdi. Azərbaycan, Cənubi Qafqazda Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrin inkişafı, nə qədər faydalı və önəmli olmasını, zaman keçdikcə hər kəsə daha aydın şəkildə görünməkdədir.
Azərbaycan bu gün də, sabah da dostluq və əməkdaşlıq müstəvisində yürütdüyü siyasəti davam etdirəcək. Bu səbəbdən ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması şübhə doğurmur".
Cavid