

Türkiyə PKK-nın özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qəbul edilən qərarlarının icrasına ciddi nəzarət edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Terrorçu təşkilat silahı yerə qoymalıdır, buraxılma qərarı tam şəkildə yerinə yetirilməlidir. Qəbul olunan qərarların icrasını diqqətlə izləyəcəyik", - Türkiyə prezidenti bildirib.
"Rəcəb Tayyib Ərdoğan sülh və rifahı yalnız özü üçün yox, ölkəsi və region üçün istəyir. Bunu yaxşı anlamaq lazımdır. Regionda iqtisadi yüksəliş sülh mühiti ilə müşayiət olunacaq. Xalqımın Türkiyənin şərq və cənub-şərqindəki həyatı köklü şəkildə dəyişəcək", - prezident əlavə edib.