Qəzzada 65 mindən çox uşaq qida çatışmazlığından ölüm riski altındadır Dünya

Qəzzada 65 mindən çox uşaq qida çatışmazlığından ölüm riski altındadır

İsrailin Qəzzada yürütdüyü “aclıq siyasəti” səbəbindən 65 mindən çox uşağın ölüm riski ilə üzləşdiyi bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, Fələstin İnsan Haqları Mərkəzi verdiyi yazılı açıqlamada, İsrailin martın 2-dən etibarən sərhəd qapılarını bağlı saxlaması və Qəzza xalqını aclıqdan məhrum etmə qərarının humanitar vəziyyəti fəlakətli səviyyəyə çatdırdığını bildirib.
Açıqlamada qadınların və uşaqların aclıq siyasətindən ən çox əziyyət çəkən sosial qruplar olduğu vurğulanıb və belə davam edilib: "65 mindən çox uşaq qida çatışmazlığı səbəbindən ölüm riski altındadır. 7 oktyabr 2023-cü il tarixindən indiyədək 50-dən çox uşaq bu səbəbdən dünyasını dəyişib".
Əsas humanitar yardımların və yanacağın daxil olmasına icazə verilməməsi səbəbindən yaşanan çətinliklərə toxunulan açıqlamada ərzaq paylayan bütün çörək və şorbaxanaların bağlandığı, bazarda əsas istehlak mallarının azalması səbəbindən qiymətlərin astronomik dərəcədə yüksəldiyi, insanların ehtiyaclarını qarşılamasını mümkünsüz etdiyi bildirilib.
Şorbaxanalara edilən hücumlar “aclıq böhranını” faciəvi şəkildə pisləşdirdi, qida çatışmazlığı ana və uşaqları anadangəlmə qüsurlar və körpə ölümü də daxil olmaqla bir sıra ciddi sağlamlıq risklərinə məruz qoyub.
Vurğulanıb ki, aclıq uşaqların inkişafına mane olur, onları bağırsaq infeksiyalarına meyilli edir, sürətlə arıqlayır və əzələ kütləsini itirir, cırtdanlıq, əqli və fiziki inkişafda geriləmələrə səbəb olur və bəzi hallarda hətta ölümlə nəticələnir.
Açıqlamada İsrailin aclıqdan Fələstin xalqına psixoloji və fiziki zərər vuraraq tamamilə və ya qismən iflic etmək üçün bir vasitə kimi istifadə etdiyi qeyd edilib və beynəlxalq ictimaiyyətdən Qəzzada soyqırımı dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırılıb.
Hökumətin Qəzzadakı mətbuat ofisindən bu gün verilən açıqlamada, İsrailin 77 gündür sərhəd qapılarını bağlı saxladığı və ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı son açıqlamalarının yerdə heç bir konkret təsiri olmadığı, ancaq İsrailin siyasətinə uyğun olduğu vurğulanıb.
Açıqlamada, 7 oktyabr 2023-cü ildən bəri əksəriyyəti uşaq olan 57 fələstinlinin aclıqdan öldüyü xatırladılıb.

Məryəm Quliyeva