Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlanıb, əhaliyə çağırış edilib
2 İyun 2023 12:16
3 094
"Bəzən fikirlər səsləndirilir ki, 65 yaşına çatmış şəxslərin heç 30-40 faizi pensiya almır. Lakin bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır".
Bunu APA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, dinamika bu rəqəmin artacağını göstərir.
"Məsələyə ümumi olaraq deyil, daha çox differensial yanaşırıq. Çünki nə ölkədəki dinamika ümumi istiqamətdədir, nə də beynəlxalq ekspertlər bunu deyir. Düzdür, bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlərlə əsaslandırılmış olmalıdır. Demokrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır.
Biz 5 uşağı olan qadınların, zərərli işlərdə işləyənlərin (bunların sayı az idi, 60-nı da əlavə etdik) daha erkən pensiyaya çıxmasını təmin edirik" - deyə o qeyd edib.