Qubadlıda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib - FOTO/VİDEO Hadisə

Qubadlıda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib  - FOTO/VİDEO

Qubadlı rayonu ərazisində 1 tondan artıq 1673 ədəd yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.

Əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə RPŞ-nin istintaq qrupu baxış keçirib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 tondan artıq 1673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.

Qubadlıda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib (FOTO/VİDEO)

Qubadlıda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib (FOTO/VİDEO)

Qubadlıda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib (FOTO/VİDEO)