Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
7 İyun 2023 08:05
2 156
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən xəbərdarlığa əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Trend xəbər verir ki, Xidmətin iyunun 07-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl,Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində hazırda Girdimançaydan sel keçir.
Zaqatala rayonuna saat 23:30 radələrində xırda dənəli dolu düşüb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar Xidmət əhalini bir daha ehtiyatlı olmağa çağırır.