“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
8 İyun 2023 13:54
3 017
Yazıçı-publisist İlham Əliyevin çapa hazırlanan növbəti kitabı belə adlanır
Dövlətlərin, xalqların üzləşdikləri bəşəri fəlakətlərə baxmayaraq, insan tacirləri öz biznes maraqlarından əl çəkmirlər. Yazıçı-publisist İlham Əliyevin "Malaziyada açılan səhər" bədii romanı da məhz bu mövzuda qələmə alınıb. Sunamidən sonra İndoneziya sahillərində baş verən dağıntılar altından xilas edilən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər. Həmin qurbanlardan biri də Faruk olur. Faruk dağıntılar arasından çıxarılaraq Avropaya satılmaq üçün İndoneziyanın ən ucqar adalarından olan Makkaro adasına aparılır. Lakin bəxt, tale Farukun üzünə gülür. Malaziyadan Makkaro adasına qonaq gəlmiş nəcib, xeyirxah xanım Klara Farukla rastlaşır və onu 4 il əvvəl ölmüş oğluna bənzədir. Xanım Klara Faruka qovuşmaq üçün çalışır, çarpışır və nəhayət, böyük məbləğdə pul ödənişi qarşılığında onu alaraq Malaziyaya gətirir.
Romanda hadisələr Farukun yaşayışı, böyüdükcə özünə yeni dostlar, tanışlar tapması ilə cərəyan edir.
30 Dekabr 18:03
1 757
30 Dekabr 18:01
1 519
30 Dekabr 17:36
1 610