Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 78 əcnəbi deportasiya edilib
Şirvanda şəhid ailələrinə və müharibə əlillərinə 35 mənzil verilib
Aİ hibrid təhdidlərin qarşısını almaq üçün Ermənistana qrup göndərəcək
İRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib
Probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası müzakirə olunub
9 İyun 2023 16:10
2 695
Vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Ətraflı
Ad - 00:11
İş üzrə toplanmış sübutlar əsasında Hafiz Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.