Azərbaycan və Türkiyə XİN başçılarının müavinləri təhlükəsizlik məsələlərini müzakirə edib
Litva Belarusla sərhədin bir ay müddətinə bağlanmasını təklif edib
Sərxoş halda avtomobil idarə edərək qəza törədən sürücü həbs olunub - VİDEO
Azərbaycan və Oman diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv edib
Microsoft və OpenAI 500 milyard dollarlıq yeni müqavilə imzalayıblar
2 İyul 2023 12:32
2 226
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Hüseynov Orxan Qurban oğlu, 1988-ci il təvəllüdlü Abbasov Elşən Eynulla oğlu, 1989-cu il təvəllüdlü Şabıyev Elşən Elxan oğlu, 1990-cı il təvəllüdlü Şirvanzadə Şakir Akif oğlu və 1990-cı il təvəllüdlü Əsədov Pünhan Süphan oğlunu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.