
Xaçmazda yanğın olub.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunun Sibiroba kəndində dənizə yaxın açıq ərazidə təqribən 21 ha sahədə qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.