““Formula – 1”in Azərbaycan üçün əhəmiyyəti böyükdür” Hadisə

““Formula – 1”in Azərbaycan üçün əhəmiyyəti böyükdür”

"Ümumiyyətlə, "Formula - 1" yarışı dünyanın ən reytinqli yarışlarından biridir. Başladığı 1950-ci ildən bəri bu yarış dünyanın cəmisi 27 ölkəsində keçirilib. Hər ölkənin müraciəti qəbul edilmir. Çünki bu, yüksək tələblərə cavab verməlidir. İlk növbədə həmin ölkənin mədəniyyəti, tarixi, tursitlərin öz vaxtını keçirmək üçün müvafiq infrastruktur, eləcə də yarışların təhlükəsizliyi vacib şərtlərdən biri kimi götürülür. Təbii ki, Azərbaycanın da müraciəti böyük məmnuniyyətlə qəbul edildi". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkilinin sözlərinə görə, bu yarışların keçirilməsi ilk növbədə çoxsayda turistlərin Azərbaycana cəlb edilməsinə, ölkəmizin hər il dünya "Formula - 1" həvəskarlarının diqqət mərkəzinə çevrilməsinə, Azərbaycanla bağlı məlumatların dünyada yayılmasına gətirib çıxaracaq: "Formula - 1" yarışlarında dünya axtarış serverlərində Azərbaycan sülh, Azərbaycan-Bakı sözü ilə bağlı axtarışların sayı həddindən artıq çoxalıb. Bunun özü göstərir ki, Azərbaycan artıq diqqət mərkəzindədir. Bununla belə bu yarış Azərbaycanın öz idmançılarının yetişməsi üçün müvafiq şərait yaradacaq. Yarışlarda bir nəfər Azərbaycanlı iştirak edir. Gələcəkdə onların sayının çox olması və bununla bağlı xüsusi idman qurğularının yaradılması mümkündür. Yəqinki bu istiqamətdə də işlə gedəcək. Həmçinin Azərbaycan vətəndaşlarının özləri bu yarışları artıq televiziyadan deyil, canlı izləmək şansını da əldə edəcəklər. Böyük maraqla cəmiyyətimiz bu yarışları qarşıladı. Hesab edirəm ki, "Formula - 1"in Azərbaycanda keçirilməsi həm həmin yarışın ölkəmizdə populyarlaşmasına, həm də Azərbaycan haqqında informasiyanın dünyada yayılmasına xidmət edəcək".