Bakıda özünə iynə vuran həkim şoka düşərək öldü Hadisə

Bakıda özünə iynə vuran həkim şoka düşərək öldü

Bakıda, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində özünə iynə vuran həkim şoka düşərək ölüb.

Məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 20.09.2023-cü il tarixində saat 16:33-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına vətəndaş Qəmbər Əlizadənin vəziyyəti ilə bağlı çağırış daxil olub.

"Saat 16:42-də Təcili Tibbi Yardım briqadası ünvanda olub. Həkiməqədər ölüm halı qeydə alınıb. Aidiyyəti üzrə meyit təhvil verilib.
Məlumat üçün bildirək ki, Qəmbər Əlizadə 1 il əvvələ qədər sadəcə 1 il Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində çalışıb", - deyə əlavə edilib.