

17 May 19:23
17 May 15:41
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Hadisə Bayraq meydanın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə yol polisinə məxsus "BMW" toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.