“Azərbaycanlılarla problemimiz yoxdur” Hadisə

“Azərbaycanlılarla problemimiz yoxdur”

"Rusiyaya işləmək və istirahət etmək məqsədilə gələn Azərbaycan vətəndaşları ilə münasibətlərdə heç bir problem yaşanmır".
Bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy deyib. Onun sözlərinə görə, MDB-nin yaradılmasından keçən 20 ildən artıq müddətdə ölkələr arasında mədəni, anlaşma formalaşıb.
O, əlavə edib ki, MDB-nin Miqrasiya Xidmətləri Birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacaq:
"Bu gün MDB vətəndaşlarının bu və ya digər ölkəyə getməsi rejimlərinin sistemləşdirilməsi üzrə qarşımızda ciddi problem dayanır. Ona görə də bu gün birliyə üzvü olan ölkələrin vətəndaşlarının itirilmiş və ya etibarsız şəxsiyyəti təsdiq edən sənədlərinin vahid bazasının yaradılması haqqında saziş imzalayacağıq.
Hüquq-mühafizə orqanlarının rəhbərləri kimi, biz başa düşməliyik ki, hökumətlərarası, dövlətlərarası razılaşmalarda əks olunan bütün qərarlar başqa ölkənin qanunlarının tələblərinə hörmət şəraitində, sakit mühitdə həyata keçirilməlidir".