“Uşaq və yeniyetmə əyləncə üçün alternativ heç nə tapmırsa...”-Vaqif Qarayev Hadisə

“Uşaq və yeniyetmə əyləncə üçün alternativ heç nə tapmırsa...”-Vaqif Qarayev

“Uşaq və yeniyetmə əyləncə üçün alternativ heç nə tapmırsa, mütləq internetdən yapışacaq. Əksər valideynlərin tək şikayəti var-“telefondan qopara bilmirəm”. İllərdi deyilir ki, indiki uşaqlar üçün yeni şeirlər, nağıllar yazılmalı, filmlər çəkilməli, tamaşalar qoyulmalıdır ki, intenetdən aqressiya yox, faydalı məlumatlar ala bilsin”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib. V.arayev əlavə edib ki, təssüf ki, bunların heç biri yoxdur: “Məktəbi nədə desəniz günahlandırmaq olar, amma uşağın saatlarla internetə "yapışmağında" məktəbin heç bir günahı yoxdur!
Uşaq ailədə böyüyür, məktəbdə yox! Düzdür, mühitin rolu çox böyükdür. Amma "mühit ancaq internetə baxırsa", məktəb neynəsin?
İndiki uşaqlar internetin hesabına daha tez məşhurlaşmaq istəyir”.