Azərbaycan verdiyi sözün həyata keçirilməsi üçün ciddi səylər göstərir Hadisə

Azərbaycan verdiyi sözün həyata keçirilməsi üçün ciddi səylər göstərir

Azərbaycanın Avropanın qaz və yaşıl enerji təchizatında rol almasının bilavasitə təhlükəsizlik məsələsi ilə əlaqələndirilməsi bir daha onu göstərir ki, Azərbaycan və Avropa bir məsələdə yekdil fikirdədirlər. Bu fikir isə ilk növbədə Azərbaycan Prezidentinin sözünün imzası qədər dəyərli olması və Azərbaycanın etibarlı tərəfdaş kimi bu təhlükəsizliyə töhvə verə biləcəyinə sonsuz ümidlərin olması reallığından doğur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, COP29-a ev sahibliyinin Azərbaycana tapşırılması isə bu reallığı yaradan Azərbaycanın beynəlxalq arenada güclü dövlət və qabiliyyətinin göstəricisidir.
Cənub Qaz Dəhlizinin iki dəfə artırılması potensialının öhdəliyi ilk növbədə Azərbaycanın verdiyi sözə ciddi yanaşmasını göstərir:

"TANAP-ın 16 milyon kub metrdən 30 milyon kub metrə, TAP-ın isə 10 milyon kub metrdən 20 milyon kub metrə kimi artırılması üçün addımların atılması və ötən bir il ərzində daşımaçılıq sahəsində 30% artımın olması da onu göstərir ki, Azərbaycan verdiyi sözün həyata keçirilməsi üçün ciddi səylər göstərir.
COP29- a ev sahibliyi etmək, bu işə töhfə vermək, 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmək Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir.
Cənubi Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfə-ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ciddi niyyəti, real siyasəti və səylərini nümayiş etdirir".

Cavid