Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
16 Aprel 2024 14:11
2 674
Qafqaz Müsəlmanları İdarəsi bu üçün Həcc ziyarətinin kvotasının azalmasının səbəbini açıqlayıb.
QMİ-dən Trend-ə verilən məlumata görə, kvotanın azaldılmasına səbəblərdən biri bəzi işbaz şirkətlər və yaxud fərdlərin insanları aldatması olub.
"Belə ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb.
Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza ilə insanları aldadaraq onları daha ucuz qiymətə Həcc ziyarətinə aparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanına çevrilib.
İkinci səbəb odur ki, Həcc Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir, bu il hərilki kimi deyil, ötən illərdən fərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işlər 1 ay tez bitməlidir.
Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən, vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır", - qurumdan bildirilib.
Qeyd edək ki, bu il üçün Həcc kvotası 1500 təyin edilib, lakin ilkin kvota 2 mindən bir qədər çox idi.
12 Sentyabr 18:12
784
12 Sentyabr 18:10
763
12 Sentyabr 18:09
756