

15 Oktyabr 23:55
15 Oktyabr 23:52
15 Oktyabr 23:44
Ukrayna və Şimal-Avropa ölkələri yeni hərbi təşəbbüs işə salıblar
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Putin Rusiya-Venesuela sazişinin ratifikasiyasını Dumaya təqdim edib
Prezidentin xüsusi nümayəndəsi: Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir
ABŞ sentyabrın 15-dək qoşunlarını Nigerdən çıxaracaq.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
"Bəli, bu doğrudur", - deyə o, Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə Amerika qoşunlarının sentyabrın 15-dək Nigerdən çıxarılması ilə bağlı xəbərlərinin doğru olub-olmaması ilə bağlı suala cavablanda bildirib.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Amerika tərəfi digər məsələlərlə yanaşı, ABŞ silahlarının Rusiya hərbi məsləhətçilərinin əlinə keçməsinin qarşısını almaq üçün əsgər və zabitlərinin Nigerdən çıxarılması prosesini izləmək niyyətində olduğunu açıqlayıb.
Mart ayında Niger ölkənin şimalında Amerika PUA bazası yaradılması ilə bağlı müqaviləni ləğv edib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1100 ABŞ hərbi qulluqçusu var idi, onların əksəriyyəti Aqadez yaxınlığındakı hava qüvvələri bazasında idi.