Almaniya XİN: Hörmüz boğazının minalardan təmizlənməsi xərclərini İran ödəməlidir Gündəm

Almaniya XİN: Hörmüz boğazının minalardan təmizlənməsi xərclərini İran ödəməlidir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa dövlətlərinin Hörmüz boğazının minalardan təmizlənməsi üzrə hərbi-dəniz əməliyyatının maliyyə xərclərini İranın öz üzərinə götürməsinin tərəfdarı olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, nazirin bu sözlərini "Der Spiegel" nəşri ötürür.
Almaniya XİN rəhbərinin sözlərinə görə, İran boğazın minalardan təmizlənməsi xərclərini ödəməlidir, çünki bu missiya Tehran rejiminin beynəlxalq gəmiçiliyə vurduğu ziyanı aradan qaldıracaq.

"İran beynəlxalq dəniz yolunu qanunsuz olaraq minalayıb", — deyə Vadeful bəyan edib.
Almaniya hələlik Avropa dövlətləri tərəfindən Hörmüz boğazının minalardan təmizlənməsi üçün ödəniş tələb etməyəcək olsa da, nazir bu ideyanın tamamilə əsaslı olduğuna əmindir.

Bundesverin bu bölgədə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi missiyasında iştirak edib-etməyəcəyi isə hələlik açıq sual olaraq qalır. Qərar bu yay qəbul edilməlidir, lakin bu, İranla ABŞ arasındakı sülh danışıqlarının sonrakı gedişatından asılıdır. Bundan əlavə, Almaniyanın missiyada iştirakı üçün Bundestaqın razılığı tələb olunur.

Məryəm Quliyeva