“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb - VİDEO
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın 20 döyüşçüsünü məhv edib
14:03
658
“Yol-nəqliyyat hadisələrinin yayda artmasının texniki və psixoloji tərəfi var. Texniki tərəfi odur ki, sürücülərin bəlli bir rutini var. Bir çoxları standart işə gedib-gələn marşrutu bilir və buna uyğun refleksləri var. Amma yay mövsümü gələndə onlar həmin rutindən çıxırlar, başqa marşrutlar yaranır, istirahət zonlarına gedirlər və s. Birinci səbəb budur. Yəni marşrutlar dəyişir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu söyləyib.
Ekspert əlavə edib ki, hətta bir çox sürücü məhz səfər vaxtı başa düşür ki, onun maşınında hansısa problem var: “Elə problem var ki, o, gündəlik işə gedib-gələndə yaranmır. Çünki avtomobil rahat rejimdədir. Ancaq o, kənara çıxanda problemlər üzə çıxmağa başlayır. İcarə maşınların da ən çox aktiv işlədiyi vaxt yaydır, turistlər var və maşını olmayanlar da avtomobil götürüb harasa getmək istəyir. Bu, istənilən halda təcrübəsiz sürücülərin yola çıxmasını artırır və dünyanın hər yerində bu, belədir. Bu da başqa bir səbəb olur ki, yollarda kifayət qədər təcrübəsiz sürücülər var, daha ehtiyatlı olmaq lazımdır”.
R.Raufoğlunun sözlərinə görə, digər bir səbəb isə insanların uzun yolda yorğunluğudur: “İsti faktoru var. Ümumiyyətlə, kondisionersiz avtomobillə yola çıxmaq düzgün deyil. Düzdür, indi kondisioner demək olar ki, bütün maşınlarda var. Amma bəziləri ondan ya istifadə etmir, ya şüuraltı olaraq heç onun fərqində olmur. Ancaq kondisionersiz avtomobildə hərəkət ona həmin gərginliyi ötürür. Bütün bunlar yay mövsümündə qəzaların sayını artırır, baxmayaraq ki, biz qışda qəzaların çox olmasını fikirləşirik. Amma bir də sürücünün yay mövsümündə həm də rahatlığı olur. Məsələn, deyəndə ki, təkərə fikir ver, deyir ki, yaydır, heçnə olmaz, təkərdir gedəcək. Lakin texniki göstəricilərə baxanda avtomobillə bağlı düşündüyümüz bir çox şeylər var. Məsələn, akkumulyatorun qışda xarab olduğunu düşünürük, amma çox vaxt görürük ki, akkumulyatoru yayda alırlar. Yəni təhlükəsizliyə cavabdeh elementləri sürücülər yay aylarında o qədər də ciddiyə almırlar. Bunlar da yayda olan qəzaların səbəblərindən biridir”.
Röya İsrafilova
15:09
427
15:08
469
14:52
504