BakıKart QR ödənişi artıq ABB mobile-də - İlk 10 gediş pulsuz
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
AZAL: Bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava səbəbindən təxirə salınıb
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər
Rusiya MN: Sutka ərzində Ukraynaya məxsus 811 PUA və 9 aviasiya bombası vurulub
16:27
665
29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 9 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.