15:07
959![]()
İsrail ordusunun xüsusi təyinatlı bölmələri Livanın cənubundakı Haddata şəhərində keçirdikləri təmizləmə əməliyyatı zamanı şiə "Hizbullah" qruplaşmasının azı 20 üzvünü məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail komandanlığının nümayəndəsi Ella Vaviyanın "X" sosial şəbəkəsində ərəb dilində yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, keçirilən əməliyyat nəticəsində müqavimət qüvvələrinin atəş nöqtələri və sığınacaqları ləğv edilib, silah anbarları ələ keçirilib. "401-ci briqadanın hərbi qulluqçuları "Hizbullah"ın istinad məntəqəsi rolunu oynayan Haddata şəhəri üzərində operativ nəzarəti təmin ediblər. Şəhərdəki əməliyyat zamanı 20-dən çox döyüşçü öldürülüb, onlarla terror infrastrukturu obyekti məhv edilib, həmçinin RPQ (reaktiv tankəleyhinə qumbaraatan), tankəleyhinə raketlər, pulemyotlar və Kalaşnikov avtomatları da daxil olmaqla 150-dən çox silah-sursat müsadirə edilib", — deyə bəyanatda vurğulanır.
Məryəm Quliyeva