Fidan: İsrail ABŞ və İran danışıqlarını pozmağa cəhd edə bilər Gündəm

Fidan: İsrail ABŞ və İran danışıqlarını pozmağa cəhd edə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, imkan düşən kimi İsrail ABŞ və İran arasındakı danışıqlar prosesini pozmağa cəhd göstərə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fidan "Haber Global" telekanalına bildirib.

"Biz İran və ABŞ arasındakı danışıqları yüksək qiymətləndiririk. Lakin unutmaq olmaz ki, İsrail əlinə fürsət düşən kimi bu prosesi sabotaj edə bilər. Bütün tərəflər bu məsələdə ayıq-sayıq olmalıdırlar", —deyə Fidan qeyd edib.

Məryəm Quliyeva