Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb
6 İyul 18:17
5 089
Əlaqədar dövlət qurumları, o cümlədən Mədəni İrs Təşkilatı və Təhsil Nazirliyinin laqeydliyi səbəbindən Təbrizin qədim Bağmeşə məhəlləsində yerləşən tarixi "Kələntər evi" dağılmaq üzrədir.
Gunaz.tv
Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.
Bildirilib ki, Təbrizin memarlıq nümunələrindən olan "Kələntər evi"nin bərpası və qorunması barədə verilən vədlərin heç biri yerinə yetirilməyib.
Bir müddət əvvəl təbrizli mədəniyyət xadimləri adı çəkilən abidənin bərpası ilə imza kampaniyası başladıb və Təbriz meri Yəqub Huşyara müraciət ünvanlayıblar.
Bundan sonra mer və Mədəni İrs Təşkilatı abidənin bərpa olunacağı barədə vədlər versələr də, bu günə kimi heç bir addım atılmayıb.
1892-ci ildə inşa edilən Kələntər Evinin 18 avqust 2003-cü ildə 9712 qeydiyyat nömrəsi ilə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, abidənin bərpası üçün heç bir iş görülməyib.
Təbrizdə Qacarlar dövrünün nadir memarlıq nümunələrindən olan abidə ciddi xəsarətlər alıb hazırda narkomanların yığınaq yerlərindən birinə çevrilib.
6 Oktyabr 10:54
2 688
6 Oktyabr 10:53
2 989
1 Oktyabr 12:36
4 207