“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
6 İyul 14:07
1 505
Fransa Prezidenti Emmanuel Makron iyulun 6-sı axşam saatlarında rəsmi səfərlə Dəməşqə gələcək və suriyalı həmkarı Əhməd əl-Şaraa ilə ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Makronu böyük investorlar və biznes elitasının nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Ərəb respublikası rəhbərinin dəftərxanasının daha əvvəl yaydığı bəyanatda qeyd olunurdu ki, Fransa Suriya keçid hökumətinin müharibədən sonrakı bərpa və yenidənqurma səylərini dəstəkləyir. Mətndə vurğulandığı kimi, qarşılıqlı faydalı tərəfdaşlığı genişləndirmək məqsədilə əl-Şaraa və Makron "Suriya və Fransa şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirəcəklər".
Qərargah qeyd edib ki, Dəməşq və Paris əl-Şaraanın 2025-ci ilin mayında Fransaya səfərindən sonra başlayan ali səviyyəli siyasi dialoqa sadiqdirlər. Mətndə göstərilirdi ki, qarşıdakı danışıqlarda regional və beynəlxalq arenalarda baş verən hadisələr, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Makron 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.
Məryəm Quliyeva
11:03
665
21 Avqust 21:19
952
21 Avqust 19:24
994