18:13
532
“Hazırda qarşımızda böyük məsuliyyət var. Azərbaycanı avrokuboklarda təmsil edəcəyik".
Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi TNS-lə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis komandanın qarşılaşmaya yaxşı hazırlaşdığını bildirib:
"İnanıram ki, Azərbaycanı Avropada şərəflə, uğurla təmsil edəcəyik. İki həftə Avstriyada yaxşı toplanış keçirdik. Azarkeşlərimizi stadiona dəvət edirəm. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bunu yüz faiz hər biriniz hiss edəcəksiniz.
TNS təcrübəli komandadır. Hər oyuna qələbə üçün çıxırlar. Ötən mövsüm rəqiblərini 20 xal qabaqlayıb çempion olublar. Ona görə də öz oyunumuz haqqında düşünməli, matça ciddi yanaşmalıyıq".
Qeyd edək ki, “Sabah” – TNS oyunu iyulun 7-də saat 20:00-da baş tutacaq.
