16:55
889
Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri sutka ərzində 9 idarəolunan aviasiya bombasını və təyyarə tipli 811 pilotsuz uçuş aparatını (PUA) vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Hava hücumundan müdafiə vasitələri ilə 9 idarəolunan aviasiya bombası və təyyarə tipli 811 pilotsuz uçuş aparatı vurulub", — deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, xüsusi hərbi əməliyyatın başlanğıcından bəri ümumilikdə 673 təyyarə, 284 helikopter, 175 506 pilotsuz uçuş aparatı, 664 zenit-raket kompleksi, 30 048 tank və digər zirehli döyüş maşını, 1 754 yaylım atəşli reaktiv sistemlərin döyüş maşını, 35 666 sahə artilleriyası və minaatan silahı, həmçinin 65 761 vahid xüsusi hərbi avtomobil texnikası məhv edilib.
Məryəm Quliyeva