Çin hərbi müqavilənin imzalanmasından sonra ballistik raket buraxıb Dünya

Çin hərbi müqavilənin imzalanmasından sonra ballistik raket buraxıb

Çin, Avstraliyanın Sakit okean dövləti Fici ilə ittifaq imzalamasından bir neçə saat sonra Sarı dənizdəki Lüyşun bazası yaxınlığında "Tip 094" strateji təyinatlı raket sualtı kreyserindən (SRAK) ballistik raket buraxılışı həyata keçirib.

Xalqcebhesi.az xəbər verər, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Xüsusilə, Avstraliya və Fici regionda Çinin mövcudluğuna qarşı mübarizəyə yönəlmiş "Sülh Okeanı" adlı alyans yaratmaq barədə razılığa gəliblər. Bir sıra media orqanlarının məlumatına görə, Pekin son illərdə Sakit okeanın cənub hissəsində öz nüfuzunu ciddi şəkildə gücləndirib və Kanberra ilə Vaşinqton bunun qarşısını almağa çalışır. Bu fonda ÇXR raket buraxılışı həyata keçirsə də, silahlı qüvvələrin nümayəndələri bunun siyasi hadisələrlə bağlı olmayan planlı bir sınaq olduğunu dəqiqləşdiriblər.

Qeyd olunur ki, raketin buraxılışı müasir hadisələrə deyil, tarixi bir tarixə — iyulun 7-də Yaponiyanın Çinə müdaxiləyə başladığı "7 iyul hadisəsi"nin 89-cu ildönümünə təsadüf edə bilər. Çində məhz bu tarixdən etibarən ölkənin İkinci Dünya Müharibəsində iştirak dövrü hesablanır.

Bununla yanaşı, gəmilərin izlənilməsi ilə məşğul olan Yeni Zelandiyanın "Starboard Maritime Intelligence" şirkətinin məlumatına görə, Çin Sakit okeana peyk izləmə sistemləri ilə təchiz olunmuş üç gəmi göndərib. Onlardan biri hazırda Ficinin paytaxtı Suva limanındadır.

Məryəm Quliyeva