“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb - VİDEO
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın 20 döyüşçüsünü məhv edib
Fidan: Türkiyə Ukrayna üzrə danışıqlara kömək etməyə hazırdır
13:48
700
Rusiya və Ukrayna arasında danışıqların yenidən Türkiyə platformasında bərpa edilməsi məsələsi, iyulun 7-də Ankarada NATO sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında keçiriləcək görüşün gündəliyinə daxil ediləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, görüşdə dörd əsas qrup məsələnin müzakirəsi planlaşdırılır. Birinci qrupa müdafiə sənayesi sahəsində əməkdaşlıq, xüsusən də "Kaan" qırıcısı üçün Türkiyəyə 700 milyon dollarlıq mühərriklərin tədarükü, "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət göstərmə haqqında" qanun (CAATSA) çərçivəsindəki məhdudiyyətlərin ləğvi və Ankaranın "F-35" qırıcılarının istehsalı proqramına qaytarılması daxildir.
İkinci və üçüncü qrup məsələlər iqtisadiyyata, xüsusən də ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına və energetika, o cümlədən nüvə enerjisi sahəsində əməkdaşlığa aiddir.
Ərdoğan və Trampın həmçinin beynəlxalq və regional təhlükəsizlik mövzularını, o cümlədən Suriyanın bərpası və onun terrorçu ünsürlərdən tamamilə təmizlənməsini, eləcə də Fələstin-İsrail nizamlanmasını müzakirə edəcəkləri gözlənilir. Qəzetin yazdığına görə, iki ölkə lideri Ukraynadakı münaqişənin nizamlanması mövzusunu da diqqətdən kənarda qoymayacaqlar. Bu, hər iki ölkənin bu istiqamətdə göstərdiyi səylərlə, eləcə də Türkiyənin Ukrayna məsələsi üzrə danışıqlar və sammit üçün yenidən meydança olmağa dair dəfələrlə çıxış etdiyi təkliflərlə bağlıdır.
Məryəm Quliyeva