İmişlidə faciə Hadisə

İmişlidə faciə

Bəy və daha iki nəfər toy günü avtomobil qəzasında ölüb.
İmişli rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gün saat 11.00 radələrində, İmişli rayonunun Hacalmuradlı kəndi ərazisində Qızılkənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Qoşqar Nazim oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 FL 106 dövlət nömrə nişanlı avtomobili yoldan çıxaraq aşıb.
Nəticədə sürücü Q.Əhmədov, toya hazırlaşan bəy - Qızılkənd sakini, 1984-cü il təvəllüdlü Rzayev Yalçın İsrafil oğlu və Hacıalmuradlı kənd sakini, 1925-ci il təvəllüdlü Süleymanov Əvəz Naçi oğlu hadisə yerində dünyasını dəyişib.
Bir nəfər sərnişin isə yüngül xəsarət alaraq İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.