Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"
6 Oktyabr 16:29
6 Oktyabr 16:29
6 Oktyabr 13:50
3 Sentyabr 2024 12:44
4 914
Ədliyyə naziri Fərid Əhmədov 26 sentyabr 2024-cü il tarixində Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı rayon sakinlərini qəbul edəcək.
Bu barədə APA-ya nazirlikdən bildirilib.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 25 sentyabr tarixinədək Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi 52, əlaqə telefonu +994 22-254-45-15, +994 22-254-48-15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
6 Oktyabr 20:01
679
6 Oktyabr 17:43
679
6 Oktyabr 17:42
714