Gədəbəydə 42 yaşlı kişi atdan yıxılaraq ölüb Hadisə

Gədəbəydə 42 yaşlı kişi atdan yıxılaraq ölüb

Gədəbəydə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılıb. 42 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.