9 Oktyabr 2024 10:03
2 653
Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Horadiz şəhərində qeydə alınıb.
Almazxan Məmmədov idarəetməni itirərək "Mercedes" markalı avtomobili boş sahəyə aşırıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Füzuli RPŞ araşdırılma aparılır.