UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
11 Oktyabr 2024 12:12
2 849
"Dünənki plenar iclasda qeyd etdiyim kimi, 2024-cü il iqlim böhranı ili kimi müəyyən edilib".
Bunu Bakıda "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta deyib.
O bildirib ki, iqlim böhranı dünyanı narahat edən əsas məsələlərdən biridir: "Biz burada danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir. Tullantıları azaltmaq üçün təcili addımlar atmaqla yanaşı, iqlim fəlakətlərinə reaksiyamızı da gücləndirməliyik və gələcək ekstremal hava şəraitinə qarşı işlər görməliyik".
O həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə bu böhranı idarə etmək və uyğunlaşdırmaq üçün dəstək olmalıyıq: "Maliyyə dəstəyi iqlim fəaliyyətində ən kritik məsələdir".