G7 ölkələri ABŞ-ı İranla münaqişəni mümkün qədər tez bitirməyə çağırıb Gündəm

G7 ölkələri ABŞ-ı İranla münaqişəni mümkün qədər tez bitirməyə çağırıb

"Böyük yeddilik" (G7) ölkələrinin liderləri ABŞ prezidentini Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı mümkün qədər tez başa çatdırmağa çağırıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, "yeddilik" ölkələrinin liderləri martın 11-də baş tutan telefon danışığı zamanı Hörmüz boğazı vasitəsilə yükdaşıma marşrutlarının "mümkün qədər tez qorunmalı" olduğunu qeyd ediblər.

Tramp isə öz növbəsində buna cavab olaraq bildirib ki, boğazdakı vəziyyət "yaxşılaşır" və kommersiya gəmiləri tezliklə oradan keçə biləcəklər.

Məryəm Quliyeva