14:51
679
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri, Akademiyada insan resurslarının idarə edilməsinin institusionallaşması məsələsi və digər cari məsələlər daxil edilib.
Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.
İclasda Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev payız semestrinin imtahan sessiyasının nəticələri ilə bağlı çıxış edərək yekun göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Akademiyanın rəis müavini Anar Süleymanov Akademiyada insan resurslarının idarə edilməsinin institusionallaşması məsələsi haqqında çıxış edərək bu istiqamətdə görülməsi planlaşdırılan işlər, kadr potensialının inkişafı və idarəetmə prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüb.
Daha sonra Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova, Beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Məcidov və Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının ingilis dili müəllimi Tairə Axundova gündəlikdə duran digər cari məsələlər barədə çıxış edərək müvafiq sahələr üzrə qarşıdakı işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumat veriblər.
Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlər ətrafında fikirləri dinlənilib.
Sonda müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Cavid
