BMT-nin İnkişaf Proqramının Rezident Əlaqələndiricisi Azərbaycana təşəkkür edib Hadisə
İqlim dəyişikliyində çoxtərəfli sistemin dəstəkçisi olduğuna görə Azərbaycana böyük təşəkkürümü bildirmək istəyirəm.
APA xəbər verir ki bu barədə “Dayanıqlığın artırılması və Dayanıqlı Gələcək: İnsan İnkişafının İqlim Dəyişikliyi ilə mübarizə fəaliyyətində rolu" mövzusunda çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Əlaqələndiricisi Alessandra Rokkasalvo deyib.
“Biz iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün buradayıq. Lakin bu, əhaliyə fayda verə biləcək, gələcəyə ümid bəxş edəcək şəkildə edilməlidir. Bu baxımdan, çoxtərəfli sistemin əsl dəstəkçisi olduğuna görə Azərbaycana böyük təşəkkürümü bildirmək istəyirəm”,- o qeyd edib.
O daha sonra bildirib ki, Azərbaycan doqquz fərqli iqlim qurşağı olan bir ölkədir, burada su çatışmazlığı, eroziya ilə bağlı çoxlu problemlər var, iyul ayında mən Naxçıvanda idim və Bakıdan istilik çox yüksək idi bizdə 34 dərəcə olanda orda hava 36 dərəcə idi.