Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
11 Oktyabr 2024 21:16
3 052
Avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu gün paytaxtın 29 küçə və prospektində 85 kilometr xüsusi hərəkət zolağı mövcuddur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov bildirib.
Onun sözlərinə görə, müxtəlif ərazilərdə təşkil edilən bu zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir.
“Bununla 900 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Bu gün avtobuslarla 1,2 milyon sərnişinin daşınması həyata keçirilir”, - deyə T.Səfərov qeyd edib.
Qurum rəsmisi bildirib ki, hazırda Zabrat yolu kimi tanınan ərazidə zolaqların təşkili davam etdirilir. Əlavə edib ki, bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir.
13 Sentyabr 14:53
819
13 Sentyabr 14:52
812
12 Sentyabr 18:12
1 036