Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
1 Noyabr 2024 23:16
3 990
2024-cü ildə vəzifə borcunu yerinə yetirərkən 60-dan çox media işçisi öldürülüb. Fələstinli jurnalistlər arasında xüsusilə yüksək itki qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün noyabrın 1-də verdiyi bəyanatda deyilir.
“Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son” beynəlxalq günü münasibəti ilə Türk cari və əvvəlki illərin statistikasına istinad edib.
“2023-cü ildə 71 jurnalist və media işçisi öldürülüb, 300-dən çoxu isə həbs edilib. Qadın jurnalistlər tez-tez fiziki zorakılığa çevrilə bilən onlayn təcavüzün hədəfinə çevrilirlər. Artıq bu il 61 jurnalist vəzifə borcunu yerinə yetirərkən – çox vaxt münaqişələr, iqlim dəyişikliyi və ya digər böhranları işıqlandırarkən həlak olub”, - deyə mətndə deyilir.
Jurnalistlərin öldürüldüyü hər 10 cinayətdən təxminən səkkizinin cəzasız qaldığı qeyd edilir.
O həmçinin hökumətlərin hücumların qarşısını almaq, jurnalistləri qorumaq və günahkarları məsuliyyətə cəlb etmək üçün daha çox iş görməli olduğunu bildirib.
25 Sentyabr 18:21
1 281
25 Sentyabr 17:17
1 022
25 Sentyabr 17:16
973