Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
19 Dekabr 2024 21:11
3 745
Bakının Nərimanov rayonunda mağaza yanıb.
Bu barədə Xalqcebhesi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30 kv.m olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Yanğın nəticəsində mağazanın anbar hissəsində 6 kv.m sahədə musiqi alətləri, 6 p.m elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub", - məlumatda vurğulanıb.
25 Sentyabr 18:21
1 260
25 Sentyabr 17:17
1 001
25 Sentyabr 17:16
952