Paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Hadisə

Paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, mayın 10-da Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Gül bayramı ilə əlaqədar mərhum prezidentin məzarını ziyarət edən iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədilə Parlament prospektindən Fəxri Xiyaban istiqamətinə, Heydər Əliyev Sarayının qarşısında keçiriləcək Gül bayramı ilə bağlı isə Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.