Səfir: İran danışıqlara hazırdır, lakin müdafiə gücünün artırılması da nəzərdə tutulur - MÜSAHİBƏ
“Azərbaycan öz milli maraqları əsasında hərtərəfli diplomatik münasibətlərə malikdir”
XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
Müdafiə naziri: Hizbullah atəşkəs üçün yalvarır, İran atəş açacağı təqdirdə, İsrail cavab verəcək
17 Mart 2025 16:08
2 891
Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.
Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.
Təqsirləndirilən şəxs daha sonra deyib: “Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.