AYİB: Azərbaycan sənaye zonalarının ekosistemə çevrilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub
Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
Ərdoğan: Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə işləyir
Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"
“Dağ-mədən və metallurgiya sənayesindən Azərbaycan iqtisadiyyatına xeyli dividendlər gələcək”
18 Mart 2025 16:53
5 425
Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyaları keçirib.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov və Mərkəzin şəxsi heyətinin iştirak etdiyi aksiya Bakı Regional Mərkəzinin ərazisində təşkil olunub.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyasında Mərkəzin əməkdaşları tərəfindən eldar şamı, küknar, zeytun və müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Mərkəzin ərazisində keçirilən ağacəkmə aksiyasında Aran Regional Mərkəzinin şəxsi heyəti, eləcə də Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak ediblər.








