
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dələduzluğa görə həbsdə olan İlknur Turkutun (Əliyeva) digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrli ilə keçirilən prosesdə hökm oxunub.
Hazırda həbsdə olan İlknur Turkutun cəzası birləşdirilib və o, qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alaraq
İlknur Turkut bundan öncə də bacısı, Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.
İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək 1 milyon manata yaxın ziyan vurub.