Sosial şəbəkələr insanları məsuliyyətsiz edir Hadisə

Sosial şəbəkələr insanları məsuliyyətsiz edir

Yunus Oğuz: "Cəmiyyəti məsuliyyətsizliyə doğru yönəltmək xarici xidmət orqanlarının işidir"

Sosial şəbəkələrin geniş şəkildə yayılması tədricən jurnalist yaradıcılığı, fəaliyyətinə mənfi təsir göstərməkdədir. Belə ki, bir çoxlarının sosial şəbəkələrdə yazdığı statuslar, fikirlər qısa müddət sonra xəbər portallarında, saytlarda əksini tapır. Əksər hallarda isə həmin yazılmış status və fikirlərin yalan olması, həqiqəti əks etdirməsiməsi üzə çıxır. Elə bu günlərdə müğənni Könül Xasıyeva barədə yayılan xəbər də bunu aydın müşahidə etdik. Belə əksər xəbər portalları sosial şəbəkədə kiminsə yazmış olduğu statusu Könül Xasıyevanın ölüm xəbəri kimi cəmiyyətə çatdırdı. Təbii ki, sonradan bu xəbərin doğru olmadığı üzə çıxdı. Maraqlıdır, bu kimi hallar cəmiyyətdə necə qarşılanır? Ümumiyyətlə, sosial şəbəkələrdə yayılan statusların xəbər kimi cəmiyyətə çatdırılması məsuliyyətsizlik yaratmırmı? Məsələ ilə bağlı "OLAYLAR" qəzetinin baş redaktoru, eləcə də eyniadlı agentliyin baş direktoru Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, son illər müşahidə edilən mənfi tendensiyalardan biri də ondan sosial şəbəkələr sanki jurnalist fəaliyyətini üstələyib və əksər xəbər saytları məhz sosial şəbəkələrə istinadən məlumatlar yayırlar. Ümumilikdə, bu tendensiya jurnalist fəaliyyətinə nə dərəcədə mənfi təsir göstərir?
- Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, sosial şəbəkələrdə hansısa bir status, yaxud məlumat xarakterli bir neçə cümlə yazan insanlar əsasən gördüklərini, yaşadıqları hissləri, hətta yaşamadıqları hissləri belə yazırlar. Mən deyərdim ki, sosial şəbəkələr bir növ adamı məsuliyyətsiz edə bilirlər. Yəni insan ağzından çıxardığı sözün məsuliyyətini daşımır. İnternet üzərindən yayılan sosial şəbəkələrə diqqət edin, görün nələr yazırlar. Ya səviyyəsiz şeylər yazır, ya olmayan xəbərləri yayırlar. Məsələn, yazırlar ki, müğənni Könül Xasıyeva dünyasını dəyişdi. Kütləvi informasiya vasitələrinin bir üstünlüyü ondandır ki, KİV-lər həmin məsuliyyəti hiss edir. Ancaq sosial şəbəkələr isə insanları məsuliyyətsiz edir. Digər tərəfdən həm də cəmiyyəti məsuliyyətsiz edir. Günümüzdə dünyada və regionda baş verən hadisələrə diqqət yetirək. Bir tərəfdə İran, digər tərəfdə Qətər-Səudiyyə Ərəbistanı gərginliyi, İraq-
Kürdüstanı yaratmaq cəhdləri, Türkiyənin Qətərə hərbi qüvvələr yeritmək istəyi, Ağ Ev rəhbəri Donald Trampa qarşı impiçment məsələsinin gündəmə gəlməsi, eləcə də İngiltərədə hökumət böhranı, Yaxın Şərqdə davam edən gərginlik və s. Bütün bunları qeyd etməkdə deməyim odur ki, Azərbaycan da bütün bu proseslərdən bu və ya digər dərəcədə kənarda deyil və Azərbaycan demək olar ki, bu proseslərin ortasındadır. Azərbaycan hansı addımı atmalı, neyləməlidir. Bütün bunlar niyə müzakirə edilmir. Ancaq bunlar anlamırlar ki, sənin dövlətinə atılan daş sabah hər birimizin ailəsindən keçəcək. O ağrıları millət, fərd kimi hər birimiz hiss edəcəyik, o daş bizə dəyəcək. Təəssüflər olsun ki, mən bütün bu proseslərin heç birinin sosial şəbəkədə müzakirə edilyini görmürəm. Bunlar başa düşmürlər ki, bu kimi məsələləri müzakirə etməklə sən yaşadığın dövləti qorumalısan. Yaxud oxucular üçün dəyərli, gözəl kitablar çap edilir, lakin sosial şəbəkələrdə həmin kitabların müzakirə təşkil edilmir. Son günlər isə sosial şəbəkələrdə onu müşahidə edirik ki, bəziləri bütün iş-güclərini atıb jurnalistlərə veriləcək mənzilləri, bu məqsədlə redaksiyalarda keçirilən iclasları müzakirə edirlər. Sadəcə məqsədləri odur ki, ara qarışdırsınlar. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında bina tikilib, müvafiq komissiya yaradılıb və şərtlər də elan olunub. İndi bəziləri düşüb ortalığa və hansı qəzetdən, agentlikdən kimin və hansı səbəbə mənzil almağa namizəd göstərildiyini yazır, öz şəxsi yanaşmasını otaya qoyur. Sən nə bilirsən ki, həmin şəxs mənzil almaq üçün müəyyən edilmiş şərtlərə uyğundur, yoxsa yox. Eləcə də Azərbaycan üçün çox əhəmiyyətli olan bir hadisənin müzakirəsi təşkil edilmir. Bütün bunlar onu deməyə əsas verir ki, sosial şəbəkələr cəmiyyəti məsuliyyətsiz edirlər. Sanki, bu sistem xaricdəki hansısa qüvvələr tərəfindən qurulub ki, insanlar kosmopolit yaşasınlar. Dövləti, xalqı düşünməsinlər. Aprel hadisələri zamanı da əksəriyyət yalan məlumatlar sosial şəbəkələrdə yayılırdı. O zaman Müdafiə Nazirliyi KİV rəhbərləri ilə görüşdü və müzakirə edildi ki, kim belə məlumat versə məsuliyyətə cəlb olunsun. Bir daha qeyd edirəm ki, sosial şəbəkələr insanları məsuliyyətsiz edir və fikirləşirəm ki, bunun qarşısını mütləq almaq lazımdır. Kimsə yatıb yuxuda gördüyünü, hisslərini sosial şəbəkə vasiəsilə yaymaqla cəmiyyəti məsuliyyətsiz edir.
-Sizcə, bunun qarşısı hansı yolla alınmalıdır?
-Başqa ölkələrdə belə bir təcrübə var. Türkiyə, Rusiya və digər ölkələrdə belə bir təcrübə mövcuddur. Səhv etmirəmsə bizdə də bununla bağlı müzakirə aparılıb. Birisi açıq şəkildə bəyan edir ki, mən İŞİD-çiyəm. Yaxud dövlətçilik əleyhinə çıxış edir. Məgər bunun qarşısnı almaq lazım deyil?. Ola bilər ki, kimsə xarici ölkələrdən birində oturub başqa adla sosila şəbəkəyə daxil olub müəyyən çağırışlar edir.
Sosial şəbəkəyə saxta adlarla daxil olan şəxslərin cərimələnməsi məsələsi də gündəmə gəldi. Ola bilsin ki, cərimələnmə həmin şəxsləri, müəyyən maraqları olan dövləti heç də bu prosesdən çəkindirməsin və o, cəriməsini ödədikdən sonra yendiən tamam başqa bir ad altında sosial şəbəkədə dövlətçilik əleyhinə çağırışlar etsin. Bizim isə məqsədimiz o olmalıdır ki, cəmiyyəti düzgün yönəldək. Dövlətə, vətənpərvərliyə, dövlətin məhv olmamasına istiqamətləndirək. Kütləvi informasiya vasitələrinin əsas fəaliyyəti bu olmalıdır və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasnaməsində bu öz əksini tapır.
-Sosial şəbəkədə kiminsə yaydığı yalan bir məlumatın hansısa xəbər portalında, saytda dərc edilməsi zamanı məsuliyyət kimin üzərinə düşür?
-Hesab edirəm ki, bu qanunla tənzimlənməlidir. Söhbət məsuliyyətdən gedir. Hazırda elə bir məhələdəyik ki, bunlar tənzimlənməlidir və cəmiyyəti məsuliyyətsizliyə yönəltməməlisən.
-O zaman da yenə fikir, söz azadlığının pozulduğu iddia ediləcək
-O zaman fikrin, yazdıqların doğru olsun, yalan yazma. Sən kiməsə şər atacaqsan, deməli sənin şərin söz azadlığıdır? Fikrini de, normal tənqidi et. İndi qəribə bi proses müşahidə edilir. Kim vəzifədən gedəcək, kim vəzifəyə gətiriləcək, bu barədə hansısa məlumatları yayırlar. Vəzifəyə gəlmək və vəzifədən getməyi müəyyən edən dövlət qurumları var ki, onlardan birincisi Azərbaycan Respublikasının Prezidenti, ikincisi Milli Məclis, üçüncüsü isə Məhkəmə orqanıdır. Konstitusiyamıza görə, hakimiyyətin mənbəyi xalqdır və hakimiyyət də üç qola ayrılır.
-Əslində, bunun özü də medianın dövlət idarəçiliyinə dolayısıyıa müdaxiləsi deyilmi?
-Media deyil, internet şəbəkədir onu edən. Media əslində dövlətçilik tərəfindədir.
-Adətən dövlətçilik əleyhinə çağırışlar sosial şəbəkələrdə saxta adlarla qeydiyyatdan keçən şəxslər tərəfindən həyata keçirilir. Bunu tənzimləmək mümkün olacaqmı?
-Onlarla da mübarizə gedəcək. Bu da elə məsuliyyətsizlik deməkdir. Hesab edirəm ki, cəmiyyəti məsuliyyətsizliyə doğru yönəltmək xarici xüsusi xidmət orqanlarının işidir. Təkcə bizdə deyil, əksər ölkələrdə belədir ki, insanlar vətəni, milləti, xalqı, dövləti düşünməsin. Düzdür, sosial şəbəkələrdə yaxşı fikirlər, statuslar da yer alır və təbii ki, onları təqdir edirəm.