Tovuzda əkin sahəsində kişi meyiti tapılıb Hadisə

Tovuzda əkin sahəsində kişi meyiti tapılıb

Tovuz rayonunda 66 yaşlı kişinin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Əlizadə Ələkbərov Əliulla oğlunun meyiti əkin sahəsində tapılıb.

İlkin məlumata əsasən, Ə.Ələkbərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.