29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
4 İyun 2025 13:29
7 609
İnsan haqları mənbələrinin bildirdiyinə görə, Evin həbsxanasında həbsdə olan azərbaycanlı hüquqşünas və fəal Tahir Nəqəvi bəydən alınan MRT görüntüləri və tibbi sənədlər onun fiziki vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərir.
Gunaz.tv
Xəstəxanadan böyük çətinliklə əldə edilən bu sənədlərdən onun saxlandığı müddətdə məruz qaldığı təzyiqlər, təkadamlıq kameralar, antisanitar həbsxana şəraiti nəticəsində onurğa sütununun dörd fəqərəsinin ciddi zədələnməsi görünür.
Mütəxəssis həkimlər də təsdiq ediblər ki, Tahir Nəqəvi bəyin ciddi sidik kisəsi və prostat problemləri var və bu xəstəliklər həbsxanadan kənarda, təcili ixtisaslaşmış müalicə tələb edir. Lakin Evin həbsxanasının məsul şəxsləri təhlükəsizlik və məhkəmə orqanlarının təzyiq və tövsiyələrini əsas gətirərək, onun müvafiq tibb mərkəzlərə göndərilməsinə mane olurlar.
Azərbaycanlı vəkilin ailəsi və insan haqları təşkilatları bu vəziyyətin davam etməməsi ilə bağlı xəbərdarlıq edib və onun sağlamlığına dəyəcək hər hansı zərərə görə İran İslam Respublikasının təhlükəsizlik və məhkəmə qurumlarının məsuliyyət daşıyacağını bildiriblər.
28 Avqust 10:48
1 603
25 Avqust 11:15
2 765
25 Avqust 11:13
2 646